hia.az
hia.az

Quaido Maduro üçün amnistiyanın keçərli olduğunu bildirdi

330 dəfə baxılıb 25-01-2019, 12:39

Quaido Maduro üçün amnistiyanın keçərli olduğunu bildirdi
Venesuela Milli Assambleyasının özünü ölkənin müvəqqəti prezidenti elan etmiş spikeri Xuan Quaido bildirib ki, konstitusiya qayda-qanunun bərpasına köməklik göstərəcəkləri təqdirdə, dövlət başçısı Nikolas Maduro və onun müttəfiqlərini əfvi etmək barədə məsələni nəzərdən keçirə bilər.

Unikal.org xəbər verir ki, o bunu "Univision" nəşrinə müsahibəsində deyib.

"Amnistiya məsələsi gündəlikdədir, bu, qayda-qanunun bərpası üçün Konstitusiya tərəfində duran hər bir şəxs üçün zəmanətdir", - deyə Quaido bildirib.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi