hia.az
hia.az

Meksikada boru kəməri partladı: 20 ölü, 60 yaralı var

426 dəfə baxılıb 19-01-2019, 13:09

Meksikada boru kəməri partladı: 20 ölü, 60 yaralı var
Meksikanın mərkəzi bölgəsində yerləşən Tlahuelilpan şəhərindən keçən neft kəmərində güclü partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

Unikal.org xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hidalqo ştatının qubernatoru Ömər Fayadın sözlərinə görə, boru xəttində neft sızmasından xəbər tutan yerli sakinlər əraziyə axışıb və bir müddətdən sonra alışmadan partlayış və güclü yanğın baş verib.

Son məlumata görə, müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara 60-yaxın adam çatdırılıb. Yerli telekanalın yaydığı görüntüdə Tula neft emalı zavodu yaxınlığından keçən boru xətti üzərində yüksək alovun qalxdığını görmək olur.

Sızmanın hansı səbəbən baş verdiyi hələ ki, aydınlaşdırılmayıb.

Bildirilir ki, Meksikanın dövlət neft şirkəti olan “Pemeks” belə bir texnogen fəlakətlə ilk dəfə deyil üzləşir. 2013-cü ildə qurumun Mexikodakı qərargahında baş verən partlayışda 37 nəfər, 2012-ci ildə onun qaz istehsalı müəssisəsində baş verən yanğında isə 26 nəfər həlak olmuşdu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi