hia.az
hia.az

Ərdoğandan Dənizə sərt sözlər: "Faşistliyin ən pik həddidir"

253 dəfə baxılıb 9-01-2019, 18:22

Ərdoğandan Dənizə sərt sözlər: "Faşistliyin ən pik həddidir"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hicablı qadınları təhqir etdiyi iddia olunan aktrisa Dəniz Çakıra sərt sözlər ünvanlayıb.

Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, prezident partiyasının bugünki yığıncağında çıxış edərkən aktrisanın gündəmdən düşməyən hərəkətini kəskin tənqid edib.

"Bu ölkənin başı örtülü gənc qızlarına "Səudiyyə Ərəbistanına gedin" demək faşistliyin ən pik həddidir. Kimdir onu deyən, özü də aktrisa imiş... Bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan siyasi təfəkkürdür.", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, iddia görə, Dəniz bir neçə gün öncə getdiyi bir kafedə 6 hicablı qadınla yaxınlaşaraq "Bura Ərəbistandır? Nə gəzirsiniz burada. Səudiyyə Ərəbistanına gedin" sözlərini deyib. Sonradan onun yaxınları yayılan iddiaların yalan olduğu barədə açıqlama versə də, artıq İstanbul Prokurorluğu Dəniz Çakırla bağlı istintaqa başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi