hia.az
hia.az

Gürcüstanda qalmaqal: Universitet azərbaycanlılara saxta diplomlar verir?C

312 dəfə baxılıb 25-12-2018, 14:43

Gürcüstanda qalmaqal: Universitet azərbaycanlılara saxta diplomlar verir?CGürcüstan KİV-də Tbilisidəki Qafqaz Beynəlxalq Universitetinin fəaliyyəti ilə bağlı qalmaqallı araşdırma yayımlanıb.

hia.az xəbər verir ki, yayımlanan məlumatda hazırda bu universitetdə alimlik dərəcəsində təhsil alan Gürcüstan ədliyyə naziri Teya Tsulukianinin təhsil müəssisəsindəki bəzi qanunsuzluqları ört-basdır etdiyi bildirilib.

Mənbənin məlumatına görə, universitet Azərbaycan vətəndaşlarına saxta diplomlar verməklə məşhurdur. Bununla bağlı informasiya prokurorluğa çatsa da, araşdırmalar qısa zamanda başa çatıb.
Universitetin rektoru azərbaycanlılara saxta diplomların verilməsi ittihamını rədd edib.

Məlumatda qeyd edilib ki, nazir özü dərslərdə iştirak etmir. Buna cavab olaraq rektor deyib ki, Tsulukaniani nümunəvi tələbədir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi