hia.az
hia.az

Bakıda yeniyetmə avtomobillə qəza törədib, ölən var

265 dəfə baxılıb 23-12-2018, 16:06

Bakıda yeniyetmə avtomobillə qəza törədib, ölən varDekabrın 21-də, saat 19:00 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlını vurub.

hia.az-ın Report-a istinadən xəbərinə görə, yaralı yerləşdirildiyi xəstəxanada ölüb.

Bakı şəhər Baş Polis İdarəısinin Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o, saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi