hia.az
hia.az

Paytaxt ərazisində qaydaları pozan 449 sürücü barəsində protokol tərtib olunub

258 dəfə baxılıb 22-12-2018, 15:10

Paytaxt ərazisində qaydaları pozan 449 sürücü barəsində protokol tərtib olunubBakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) tabeli orqanları cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunması, inzibati hüquqpozmalara qarşı əməliyyat-profilaktik tədbirləri dekabrın 21-də də uğurla davam etdiriblər.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat-profilaktik tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 8 nəfər tutulub. Axtarışda olan 29 nəfərin yeri müəyyənləşdirilərək saxlanılması təmin edilib. Həmçinin küçə ticarəti ilə məşğul olduqlarına görə 118, avaraçılıq və dilənçilik fəaliyyəti ilə əlaqədar 25 nəfər barəsində inzibati ölçü götürülüb.

Bununla yanaşı, xırda xuliqanlıq (40), xırda talama (27), antisanitariya (52), qeydiyyat qaydalarını pozma (1510), digər inzibati xətalara (108) görə faktlar və s. hüquqazidd hallar aşkarlanaraq qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görülüb. Paytaxt ərazisində yol hərəkəti qaydalarını pozmuş 449, o cümlədən kobud qayda pozuntusuna yol verən, inzibati xəta tərkibi yaradan 175 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. Çox avazlı səs siqnalı, səs boğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər avadanlığın quraşdırıldığı 9 nəqliyyat vasitəsi saxlanılaraq mühafizəsi təmin olunan duracağa qoyulub. Avtomaşını sərxoş halda idarə edən 18, yolu müəyyən olunmayan yerdən keçən 254 piyada barəsində müvafiq tədbirlər görülüb.

Paytaxt polisinin inzibati ərazisində xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi