hia.az
hia.az

Gürcüstanda Azərbaycan şirkətinin fındıq fabrikinə silahlı basqın olub

327 dəfə baxılıb 21-12-2018, 14:57

Gürcüstanda Azərbaycan şirkətinin fındıq fabrikinə silahlı basqın olubGürcüstanın Zuqdidi şəhərində yerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.

Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi fındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.

Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi