hia.az
hia.az

İsmayıllı sakini dəm qazından öldü

287 dəfə baxılıb 20-12-2018, 13:35

İsmayıllı sakini dəm qazından öldüİsmayıllıda 38 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

hia.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə ki, hadisə rayonun Günəşli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ələsgərov Habil İnqilab oğlu axşam saatlarında hamam otağında olarkən dəm qazından boğulub. O, kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən hamam otağına dolan dəm qazından zəhərlənib.

Ailə üzvləri hadisədən gec xəbər tutublar. Evə çağırılan Təcili Tibbi Yardım briqadası H. Ələsgərovun zəhərlənmə nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.

Hadisənin səbəbləri araşdırlır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi