hia.az
hia.az

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr və tütün məmulatları aşkarlanıb

315 dəfə baxılıb 19-12-2018, 14:27

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr və tütün məmulatları aşkarlanıbGömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr və tütün məmulatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan “Vaz 2106” markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.

Həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd “Mega Piratka” adlı pirotexniki vasitə və 2800 ədəd “Corset” adlı tütün məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi