hia.az
hia.az

Bu il ərzində dalğıc-xilasedicilər tərəfindən batma təhlükəsi ilə üzləşmiş 207 nəfər xilas edilib

305 dəfə baxılıb 16-12-2018, 13:26

Bu il ərzində dalğıc-xilasedicilər tərəfindən batma təhlükəsi ilə üzləşmiş 207 nəfər xilas edilib
Bu il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batma təhlükəsi ilə üzləşmiş 135 nəfər, nəzarət olunmayan qeyri-çimərliklərdə isə 72 nəfər olmaqla cəmi 207 nəfər xilas edilib.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 13-cü ildönümü münasibətilə dekabrın 15-də keçirilən kollegiya iclasında nazir Kəmaləddin Heydərov deyib.

Fövqəladə hallar naziri bildirib ki, hesabat ilində suda batmış 72 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, nazirliyin aviasiya dəstəsinin helikopterləri və təyyarəsi Quba rayonunun dağlıq ərazilərində itkin düşmüş alpinistlərin, həmçinin dənizdə, meşə və digər ərazilərdə itkin düşmüş şəxslərin axtarışı, Yardımlı, Samux, Şəmkir, Ağsu, Quba, Siyəzən və Şabran rayonlarında meşə sahələrində və digər ərazilərdə baş vermiş yanğınların söndürülməsi məqsədilə uçuşlar həyata keçirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi