hia.az
hia.az

Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıb

223 dəfə baxılıb 16-12-2018, 13:24

Badamdar sürüşmə sahəsində əlavə beş drenaj quyusunun qazılmasına başlanılıbNazirlər Kabinetinin tapşırığına əsasən Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin Bayıl dərəsinin sağ yamacında sürüşmə sahəsində apardığı birgə monitorinqlər zamanı sahənin formalaşmış qırılmalarının ölçüləri müəyyən edilib, sürüşmə prosesi aktiv fazada olduğundan oradakı 98 evdə yaşayan ailələr təhlükəsiz ərazilərə köçürülüb. Atmosfer yağıntılarının mövcud qırılma və çatlara sızaraq prosesi daha da aktivləşdirməsini nəzərə alaraq onlar gillə doldurulub.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 13-cü ildönümü münasibətilə dekabrın 15-də keçirilən kollegiya iclasında nazir Kəmaləddin Heydərov deyib.

Nazir həmçinin deyib: “Badamdar-20-ci sahə avtomobil yolu və ona bitişik ərazilərdə görülmüş işlər zamanı yeraltı suların səviyyəsi 60-65 metr endirilib. Həmçinin həmin əraziyə daxil olan yeraltı suların məhsuldarlığının çox olduğu nəzərə alınaraq əlavə 5 drenaj quyusunun qazılmasına başlanılıb. Nazirlər Kabinetinin müvafiq tapşırıqlarına əsasən Bakı şəhərində subasma, sürüşmə sahələrində yeraltı suların səviyyəsinin aşağı salınması və süxurların nəmliyinin azaldılması məqsədilə Badamdar yaylasının şərq yamacında, Sabunçu rayonunun Maştağa qəsəbəsində, Xətai rayonunun Əhmədli massivi, Gəncə prospekti və General Şıxlinski küçəsi arasındakı, “Alov qüllələri” kompleksindən Nəriman Nərimanov heykəlinədək olan ərazidə, Səbail rayonunun Bayıl yamacında 93 drenaj quyusu qazılıb istismara verilib. Həmin quyuların aidiyyəti təşkilatların balansına verilməsi məqsədilə müvafiq göstərişlər verilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Nazirlər Kabinetinə müraciətlər ünvanlanıb”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi