hia.az
hia.az

Sərxoş halda dava saldığı deyilən deputat danışdı - YENİLƏNİB

332 dəfə baxılıb 15-12-2018, 14:30

Sərxoş halda dava saldığı deyilən deputat danışdı - YENİLƏNİBAzərbaycan Sənaye Korporasiyasının baş direktoru, Milli Məclisin deputatı Kamran Nəbizadə Bakıda restoranlarından birində sərxoş halda dava salması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

hia.az-ın xəbərinə görə, o, “Report”a açıqlamasında deyib ki, barəsində yayılanlar həqiqəti əks etdirmir: “Yalan xəbərlərdir”.

Xatırladaq ki, deputatın sərxoş halda restoranda dava salması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, K.Nəbizadəni restoranın mühafizəçiləri sakitləşdiriblər. O, daha sonra restorandan kənarlaşdırılıb.

10:58

Azərbaycan Sənaye Korporasiyasının baş direktoru, deputat Kamran Nəbizadə Bakının mərkəzində yerləşən restoranlardan birində sərxoş halda dava salıb.

hia.az-ın Real TV-yə istinadən məlumatına görə, bu barədə jurnalist Eynulla Fətullayev xəbər verib.

Onun sözlərinə görə, deputatın sərxoş halda saldığı dava onun gözlərinin qarşısında baş verib.

“Hadisə şəhərin mərkəzində yerləşən restoranlardan birində baş verib. Anlaqlı vəziyyətdə olmayan, ayaq üstə güclə dayanan Kamran Nəbizadə kütləvi davaya səbəb olub. Yalnız restoranın mühafizə xidməti işə qarışandan sonra davanın qarşısını almaq mümkün olub.

Sərxoş deputatı birtəhər maşına oturdub evə aparıblar”, - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi