hia.az
hia.az

Dünyada cavan deputatların sayı artıb - RƏSMİ

355 dəfə baxılıb 14-12-2018, 12:08

Dünyada cavan deputatların sayı artıb - RƏSMİDünyada 30 yaşından cavan deputatların sayı son iki ildə 1.9 faizdən 2.2 faizə qədər artıb.

hia.az-ın xəbərinə görə, bu, Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında yayılmış hesabatda əksini tapıb.

Hesabatda qeyd olunur ki, bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc parlamentarilərin sayında kəskin azlıq müşahidə edilir:

“Gənc deputatların say çoxluğu ən çox Avropada müşahidə edilir, ondan sonrakı sırada isə ABŞ-dır”.

Göstərilir ki, dünya parlamentarilərinin aşağı palatasında olan 30 yaşdan aşağı deputatların sayı 30 faizdən azdır, parlamentlərin yuxarı palatalarının 76 faizində isə bu yaşda deputat, ümumiyyətlə, yoxdur.

“40 yaşından aşağı deputatların sayı 2016-cı ildə 14.2 faiz idisə, 2018-ci ildə 15.5 faiz olub. 45 yaşdan aşağı parlamentarilərin sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə isə 28.1 faiz təşkil edib”, - deyə hesabatda bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi