hia.az
hia.az

Bakıda mənzillərdən oğurluq edən şəxs tutuldu - VİDEO

312 dəfə baxılıb 13-12-2018, 14:09

Bakıda mənzillərdən oğurluq edən şəxs tutuldu - VİDEOPaytaxtın Xətai rayonu, Telnov küçəsi, bina 2324 ünvanında yerləşən mənzillərdən birindən oğurluq edilib.

hia.az-ın məlumatına görə, zərərçəkən Xətai Rayon Polis İdarəsinə müraciət edərək evdən dəyəri 1700 manat olan bir ədəd televizorun, qiyməti 700 manat olan noutbukun naməlum şəraitdə qapının sındırılması nəticəsində oğurlandığını bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Gürcüstan vətəndaşı Geidar Mursakulov saxlanılıb. O, istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edərək oğurladığını əşyaları satdığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi