hia.az
hia.az

Yasamal Rayon Mərkəzi Kitabxanası ulu öndər Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinə start verib

268 dəfə baxılıb 5-12-2018, 15:50

Yasamal Rayon Mərkəzi Kitabxanası ulu öndər Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsinə start veribBakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Şəfi Vazeh adına Yasamal Rayon Mərkəzi Kitabxanasının əməkdaşları Milli Qəhrəman Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş inşa müsabiqəsi ilə əlaqədar beşinci sinif şagirdləri ilə görüş keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın əməkdaşı İradə Hüseynova çıxış edərək ulu öndər Heydər Əliyevin təhsilə olan qayğısından söz açıb.

Bildirilib ki, onun əziz xatirəsi böyük ehtiramla yad edilir, gördüyü işlər əbədi yaşayır, memarı olduğu müstəqil Azərbaycan gün-gündən inkişaf edir.

Məktəbin kitabxana müdiri Səbinə Abbasova Ulu Öndərin “Mən yer üzündə müəllim adından yüksək və şərəfli ad tanımıram” kəlamını sitat gətirərək şagirdlərə onun keçdiyi həyat yolu haqqında məlumat verib.

Sonra şagirdlərlə bu mövzuda diskussiya aparılıb, Ümummilli Liderə həsr olunmuş inşa müsabiqəsinə start verilib.

İnşa müsabiqəsində “Kitabsevər uşaqlar”ın “Youtube” kanalının və “Facebook” səhifəsinin izləyiciləri də iştirak edə bilərlər. Qaliblərə I, II və III dərəcəli diplomlar, maraqlı kitablar və CD disklər hədiyyə olunacaq.

İnşalar elektron və yaxud yazılı formada dekabrın 12-dək yasamal.mks@mail.ru elektron ünvana təqdim edilməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi