hia.az
hia.az

“Orion Servis” MMC müştəri məmnuniyyətinə önəm verir

310 dəfə baxılıb 27-11-2018, 15:23

“Orion Servis” MMC müştəri məmnuniyyətinə önəm verirHansısa mal alarkən diqqətlə tərəzinin dəqiq çəkib-çəkməməsinə baxmısınız?! Yəqin ki, hər birinizə bu situasiya tanışdır. Hamı istəyər ki, mal alarkən tərəzi dəqiq çəksin, standartlara cavab versin, həm də alış-veriş zamanı halallıq olsun. Ticarət müəssisələri, market şəbəkələrində və digər təyinatlı obyektlərdə alış-veriş zamanı bu, aktual məsələyə çevrilib.

Odur ki, bu zaman “Orion Servis” MMC-nin satışa çıxardığı müxtəlif növ tərəzilər: qapan tərəzilər, elektron tərəzilər istər keyfiyyətinə, istərsə də dəqiqliyinə və davamlılığına görə seçilir.

“Orion Servis” MMC uzun illərdir ki, təkcə nəzarət-kassa aparatları deyil, eləcə də, elektron tərəzilərin satışı və servis-texniki xidmətinin göstərilməsi ilə məşğuldur.

Şirkətin müştərilərə təqdim etdiyi tərəzilər bu gün müxtəlif ticarət və alış-veriş mərkəzlərində, supermarketlərdə uğurla istifadə edilir və sahibkarlar, müəssisə rəhbərləri şirkətin təqdim etdiyi məhsulların keyfiyyətindən məmnundur.

Azərbaycanın bütün bölgələrində şirkətin fəaliyyət göstərən regional satış və servis-texniki xidmət şöbələri müştərilərin məmnunluğu üçün əlindən gələni edir, onların maraq və təkliflərini nəzərə alırlar.

Müştərinin hansısa texniki nasazlıqla bağlı müraciəti olduqda həmin mütəxəssislər dərhal məhsulun təmiri ilə bağlı öhdələrinə düşən vəzifəni peşəkarlıqla yerinə yetirirlər.

Bölgələrdə yeni fəaliyyətə başlayan şirkətlər, kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələr, mərkəzlər “Orion Servis” MMC-nin yüksək xidmətinə etibar edərək onların məhsullarına üstünlük verir, əməkdaşlığı daha da genişləndirirlər.

“Orion Servis” MMC-nin mütəxəssislərinə nəzarət kassa aparatlarının və elektron tərəzilərin təmiri, quraşdırılması və texniki servis xidmətinin göstərilməsi üçün istehsalçı tərəfindən tam iş prinsipi öyrədilib. Xidmət sahələrində və ticarət müəssisələrində əhali ilə nağd pul hesablaşmalarının aparılması üçün nəzərdə tutulmuş nəzarət-kassa aparatlarından istifadə edən müəssisələrə məhsullar və onların texniki göstəriciləri barədə ətraflı məlumat verilir, arzularına uyğun məhsul seçməkdə onlara yardım edilir.

2018-ci ildə 15 ilini qeyd edəcək “Orion Servis” MMC qarşısına bir sıra məqsədlər qoyub. Əsas məqsəd isə şirkətin texniki bazasını və xidmət gücünü artıraraq, daha uğurlu layihələrə imza atmaq, bu sahədə daha böyük nüfuza malik olmaqdır. Şirkətin önəm verdiyi əsas prinsip təqdim etdiyi hər məhsuldan müştərinin məmnun qalmasıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi