hia.az
hia.az

İngiltərədə “AstraZeneca” vaksini vurulan yeddi nəfər qan laxtalanmasından öldürn

331 dəfə baxılıb 3-04-2021, 19:48

İngiltərədə “AstraZeneca” vaksini vurulan yeddi nəfər qan laxtalanmasından öldürn


İngiltərədə “AstraZeneca” vaksini vurulan yeddi nəfər qan laxtalanmasından ölüb.

Gundelikxeber.az xarici mətbuata istinadən bildirir, ölkədə “AstraZeneca” vaksini vurulan 18 milyon insanın 30 nəfərində qan laxtalanması müşahidə edilib. Hələlik bunun təsadüfi və ya vaksinin yan təsiri nəticəsində baş verib-vermədiyi məlum deyil. Qan laxtalanması ilə üzləşən 30 nəfərin 7-si dünyasını dəyişib.

Bununla belə mütəxəssislər vaksinin faydalarının onun yan təsirlərindən daha çox olduğunu bildirir.


Qeyd edək ki, bundan əvvəl İngiltərədə “Pfizer” vaksini vurulan 10 milyon insanın yalnız 2-də qan laxtalanması müşahidə edilmişdi.

Almaniyada isə “AstraZeneca” peyvəndi vurulan 2,7 milyon insanın 31-də qan laxtalanma qeydə alınmışdı. Onların 9 nəfəri vəfat edib. Araşdırmalara görə qan laxtalanması daha çox gənc və orta yaşlı qadınlarda görünüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi