AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Hindistanda keçirilən “LFA International Digital Salon-2019” fotomüsabiqəsində LFA (“Love for Art” - “İncəsənət naminə sevgi”) qızıl medalına və Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) fəxri lentinə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, FIAP-ın himayəsi ilə “Sevginin bütün təzahürləri” devizi altında keçirilən fotomüsabiqəyə dünyanın 41 ölkəsindən 180 iştirakçının əl işi təqdim olunub.
İlqar Cəfərovun 2004-cü ildə Yunanıstanda keçirilən Paralimpiya Oyunlarında çəkdiyi “Paralimpiyaçının sevgisi” fotoşəkili LFA qızıl medalına layiq görülüb. Müəllifin digər əl işi – 2013-cü ilin iyulunda Kiyevdə çəkilmiş “Şəhərdə nəsillər” adlı fotoşəkil isə FIAP-ın fəxri lenti ilə mükafatlandırılıb.