hia.az
hia.az

Bakıda azyaşlı ölümdən döndü – VİDEO

400 dəfə baxılıb 19-11-2018, 12:05

Bakıda azyaşlı ölümdən döndü – VİDEOTəlim mərkəzinə icazəsiz daxil olan azyaşlı uşaq ölümdən dönüb. Belinə tros bağlayaraq kanata çıxan uşaq hündürlüyü 10-15 metr olan qurğuda ilişib. O, təxminən bir saat kanatdan asılı vəziyyətdə qalıb.

Xəzər TV-nin məlumat verir ki, hadisə ötən gün Müşfiqabad qəsəbəsi yaxınlığındakı təlim mərkəzlərindən birində baş verib.

Videonu çəkən şəxsin sözlərinə görə, iki azyaşlılar həmin təlim mərkəzinin ərazisinə icazəsiz daxil olublar. Onlardan biri, Kənan Həsənov belinə tros bağlayaraq təlim üçün nəzərdə tutulmuş kanatla bir tərəfdən digərinə keçmək istəyib. Bu zaman azyaşlı kanatın ortasında ilişib qalıb.
O, trosun belini kəsdiyini görüb ayağına dolayıb ki, bədəninə zərər dəyməsin.

Yerdə olan digər azyaşlı isə Kənanın köməksiz vəziyyətdə qaldığını görüb, dərhal "112” zəng mərkəzinə məlumat verib. Hadisə yerinə gələn xilasedicilər azyaşlıya kömək ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi