hia.az
hia.az

Gürcüstanda iqtidar qüvvələrini ikinci tur üçün səfərbər edir

275 dəfə baxılıb 5-11-2018, 18:29

Gürcüstanda iqtidar qüvvələrini ikinci tur üçün səfərbər edir

Gürcüstanda Mixail Saakaşvilinin “Vahid milli hərəkat” parityasının yenidən hakimiyyətə qayıtması ehtimalı prezidentlik yarışının əsas məsələsinə çevrilib. Birinci turdakı uğursuzluqdan dərs çıxaran iqtidar partiyası “Gürcü arzusu” indi bütün gücünü 2-ci tura görə səfərbər edərək Salome Zurabişvilinin qələbəsinə çalışır.

“Partiya indi aktiv seçki dövrünə qədəm qoyur. Biz birinci turu passiv rejimdə keçirdik və onu gec başladıq. Bu isə nəticəyə ciddi təsir göstərdi”,- Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze mətbuata bildirib.

Müxalifət partiyaları da boş dayanmırlar. Qriqol Vaşadzeni dəstəkləyən bütün siyasi qüvvələr seçkidə saxtakarlığın qarşısını almaq məqsədilə vahid seçki qərargahı yaradıblar.

Gələn xəbərlərə əsasən yarış həm də media sahəsində gedir.

Bu günlərdə Gürcüstanın “İmedi” telekanalı rəsmən və açıq şəkildə Salome Zurabişvilinin təbliağtına qoşulduğunu bəyan edib. Kanalın yaydığı məlumatda Mixail Saakaşvili rejiminin geri qayıtmasına yol verməməkdən ötrü fövqəladə iş rejiminə keçdiklərini bildiriblər.


Gürcü politoloqları isə “İmedi”nin bəyanatını “Gürcü arzusu” içində hökm sürən panika ilə əlaqələndiriblər.

Məsələ burasındadır ki, “İmedi”nin sahibləri Mixail Saakaşvilinin qədim düşməni, hazırda həyatda olmayan Badri Patarkatsişviliin qohumlarıdır. Onlar hələ də Gütcüstanın sürgün həyatı yaşayan keçmiş liderinə qarşı kin bəsləyirlər..

“İmedi”nin fövqaladə iş rejiminə keçməsi barədə bəyanatı iqtidar partiyasında hökm sürən qorxunu nümayiş etdirir”,- “Qafqaz sülh , demokratiya və inkişaf institutu”nun təsisçisi Giya Nodiya Rusiya mətbuatına bildirib.


Giya Nodiya

“Gürcüstan strateji və beynəlxalq araşdırmalar fondu”nun rəhbəri Şota Utiaşvili də “İmedi”nin hakimiyyətin qeyri-rəsmi orqanı olduğunı söyləyib. Onun fikrincə, kanalın əsas işi elə “Gürcü arzusu” partiyasının tərəfdarlarını səfərbər etməkdən ibarət olacaq.

“Müstəqil ekspertlər klubu”nun politoloqu Ramaz Sakvarelidze isə “İmedi”nin seçkiqabağı yarışa cəlb olunmasını “Vahid Milli Hərəkat”ın hakimiyyətə qayıtmaq şansının yüksəlməsi ilə əlaqələndirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi