hia.az
hia.az

Xəzərdə itkin düşən balıqçılar xilas edildi - YENİLƏNİB

372 dəfə baxılıb 27-11-2018, 15:24

Xəzərdə itkin düşən balıqçılar xilas edildi - YENİLƏNİBXəzər dənizində taxta qayıqda köməksiz vəziyyətdə qalan iki balıqçı xilas olunub.

Bu barədə hia.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Balıqçıların olduğu qayıq nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yedəyə alınaraq sahilə gətirilib.

13:17

Xəzər dənizində iki balıqçı batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən hia.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dənizdə (təxminən üç kilometr dənizin içinə doğru) iki nəfər balıqçının taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

Eyni zamanda, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi